ABŞ-ın Kaliforniya ştatının şimalı Paradays şəhərində meşə yanğınları minlərlə evi məhv edib.
Biosfer.az xəbər verir ki, yanğın nəticəsində ölənlər var. Qeyd olunur ki, yanğın artıq 7,2 min hektardan çox əraziyə yayılıb.
Hakimiyyət Paradaysın bütün əhalisi – 27 min nəfərin təxliyəsini elan edib. Regionda ümumi 50 minə yaxın adam təxliyə olunub.