Yaponiyada qar yengəci hərracda rekord məbləğə satıldı

Google+ Pinterest LinkedIn Tumblr +

Yaponiyada hərracda yüksək keyfiyyəti ilə seçilən “İtsukiboşi” qar yengəci rekord məbləğə – 2 milyon yenə (təqribən 19 min dollar) satılıb.

Biosfer.az Azərtac-a istinadən xəbər verir ki, yapon dilindən tərcümədə “Beş parlaq ulduz” mənasını verən “İtsukiboşi” növünə aid yengəcin gövdə hissəsinin diametri 14,5 santimetr, çəkisi 1,28 kiloqrama bərabərdir.

İndiyədək bu növə aid olan yengəc ən yüksək qiymətə 2016-cı ildə satılmışdı – 1,3 milyon yen (təqribən 11,5 min dollar). “İtsukiboşi” növünə aid qar yengəcləri gündəlik ovun yalnız 0,03 faizini təşkil edir.

Yaponiyada bu cür hərraclar populyarlığı ilə seçilir. Məhz belə hərraclar balıqçılıq kooperativlərinin və kəndli təsərrüfatlarının məhsullarına ictimai marağın artmasına səbəb olur. Belə ki, cari ilin mayında Sapporo şəhərində “Yubari” növünə aid iki yemiş rekord məbləğə – 3,2 milyon yenə (təqribən 29,2 min dollara) satılmışdı.

Paylaş