Atmosfer havasından götürülən nümunələr araşdırıldı

Google+ Pinterest LinkedIn Tumblr +

Noyabrın 7-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodundan havaya tullantı atılması ilə bağlı məlumat daxil olub. Nazirliyin əməkdaşları monitorinq keçirib, atmosfer havasından nümunələr götürüb və araşdırma aparıblar.

Nazirliyin mətbuat xidmətindən Biosfer.az-a bildiriblər ki, araşdırma zamanı zavodun 3 saylı istehsalat sahəsinin 31 nömrəli katalitik riforminq qurğusunun sobasında texnoloji prosesin pozulması nəticəsində atmosferə tullantıların atılması qeydə alınıb.

Götürülmüş nümunələr üzərində laborator analizlər aparılır, nəticələr məlum olduqdan sonra müvafiq qərar veriləcək.

Paylaş