İranda hava şəraitinin kəskin dəyişməsi ciddi fəsadlar törədib

Google+ Pinterest LinkedIn Tumblr +

İranda hava şəraitinin kəskin şəkildə dəyişməsi ciddi fəsadlar törədib. Bəzi regionlarda qarın, digərlərində isə yağışın yağması kənd təsərrüfatına və infrastruktura zərər vurub.

Biosfer.az yerli mətbuata istinadla xəbər verir ki, güclü qar yağması nəticəsində uçqun yaranıb və Kərəc-Çalus magistral yolu bağlanıb. İranın Şərqi Azərbaycan vilayətində də güclü qar yolların sürüşkən və təhlükəli olması ilə nəticələnib. Təbriz-Zəncan, Əhər, Kəleybər, Marağa-Həştrud, Əhər-Sambəran, Nəzər-Kəhrizi aşırımlarında qarın yağması nəticəsində uçqun yaranıb.

Əhvaz vilayətində isə güclü yağış Ümidiyyə-Deyəlm şosesinin bağlanmasına səbəb olub.

Çahar-Mahal və Bəxtiyari vilayətində güclü qar köçəri tayfaların çətin duruma düşməsi ilə nəticələnib. Xilasedicilər 15 köçəri ailəyə kömək ediblər.

Mazandaran vilayətində güclü yağışlar daşqınla nəticələnib və 14 kəndlə əlaqə kəsilib.

Paylaş