Ağsuda ilk dəfə qarabaşaq istehsal olundu

Google+ Pinterest LinkedIn Tumblr +

Ağsunun Ləngəbiz kəndi ərazisində rayonda ilk dəfə qarabaşaq yetişdirilib və 176 ton məhsul istehsal olunub.

Biosfer.az rayon Statistika İdarəsinə istinadla xəbər verir ki, Ləngəbizdə 320 hektarda qarabaşaq əkilib. Hər hektardan məhsul istehsalı 5,5 sentner olub.

Qeyd edək ki, rayonda qarabaşaq “Qarabağ taxıl” MMC-nin Ağsu filialı tərəfindən əkilib. Gələn il əkin sahələrinin genişləndiriləcəyi gözlənilir.

Paylaş