Rusiyaya məxsus Kuril adaları yaxınlığında 5.2 bal gücündə zəlzələ qeydə alınıb.
Biosfer.az xəbər verir ki, zəlzələ Simuşir adasından 123 km cənub-qərbdə 5.2 bal gücündə qeydə alınıb. Zəlzələnin hiposentri 137 km təşkil edib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.