İtaliyada daşqınlar: ölənlərin sayı 29 nəfərə çatdı

Google+ Pinterest LinkedIn Tumblr +

İtaliyanın Siciliya adasının Kasteldaçça bölgəsində daşqınlar nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb.

Biosfer.az xəbər verir ki, təbii fəlakət ölkədə ciddi problemlər yaratmaqda davam edir. Ölənlərin sayının daha da artacağı istisna olunmur.

Yerli hökumət qurumlarının məlumatına görə, ötən həftə güclü küləklər və yağışlar Venesiyada son on ilin ən dəhşətli daşqınlarına səbəb olub. Nəticədə şəhərin 75 faizi su altında qalıb. Veneto regionuna isə 1 milyard avrodan çox ziyan dəyib. Torpaq sürüşmələri kəndlərin şəhərlərlə əlaqəsini kəsib.

İtaliyanın Baş naziri Cüzeppe Konte mətbuat konfransında Siciliyada vəziyyətin çox pis olduğunu bildirib. O qeyd edib ki, zərər görmüş bölgələrdə fövqəladə vəziyyətin elan olunması ilə bağlı iclas keçirəcək.

Paylaş