Azərbaycan ərəb ölkələrinə quşçuluq məhsullarının ixracını artıracaq

Google+ Pinterest LinkedIn Tumblr +

Azərbaycan gələn il ərəb ölkələrinə quşçuluq məhsullarının ixracını artıra bilər.

Biosfer.az xəbər verir ki, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrini icra edən Yusif Abdullayev deyib.

O gələcəkdə toyuq məhsullarının ixracat həcmi və coğrafiyasının genişlənə biləcəyini də istisna etməyib.

Y.Abdullayev əlavə edib ki, Azərbaycanda hazırda ət və ət məhsulları ilə bağlı daxili tələbat tam ödənilsə də, bu məhsulun ixracı hələlik nəzərdə tutulmur.

Paylaş