Lerikdə zəlzələ olub.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Biosfer.az-a verilən məlumata görə, yerli vaxtla saat 10:05:51-də Lənkəran stansiyasından 16 km qərbdə Lerik ərazisində zəlzələ baş verib.
Zəlzələ 3,5 bal gücündə qeydə alınıb.
Yeraltı təkanların dərinliyi 9 km olub.