İtaliyada pis hava şəraiti nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb.
Biosfer.az TASS-a istinadən xəbər verir ki, ötən gecə Siciliyada ölənlərin sayı 12 nəfərə çatıb. Ölənlərdən 10-u iki ailənin üzvləridir. Ölənlərdən daha ikisi cütlükdür.
Daha əvvəl bildirilirdi ki, Palermo şəhərində (Siciliya vilayəti) güclü leysan yağışlarının yaratdığı daşqınlar nəticəsində 3-ü uşaq olmaqla, azı 10 nəfər həyatını itirib.