İtaliyada daşqınlar nəticəsində bir ailənin 9 üzvü öldü

Google+ Pinterest LinkedIn Tumblr +

İtaliyanın Palermo şəhərində (Siciliya vilayəti) güclü leysan yağışlarının yaratdığı daşqınlar nəticəsində üçü uşaq olmaqla, azı 10 nəfər həyatını itirib.

Biosfer.az TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü xilasedicilərə istinadən “Franc-Press” məlumat yayıb.

Bildirilir ki, ölən 10 nəfərdən 9-u bir ailənin üzvüdür. Onların meyitləri Kasteldaçça çayı sahilində yerləşən evdə aşkar edilib. Polis əməkdaşları itkin düşmüş daha 2 nəfərin axtarışlarını davam etdirir.

Paylaş