Azərbaycanda nar muzeyinin yaradılması təklif edilir

Google+ Pinterest LinkedIn Tumblr +

Narın zəngin genetik müxtəlifliyinin cəmləşdiyi, onun üçün tam əlverişli olan geniş ərazidə bu bitkinin yerli və introduksiya sort və formalarının toplanıldığı “Narın Canlı Təbiət Muzeyi”nin – milli genofond bağının yaradılmasına zərurət var.

Biosfer.az xəbər verir ki, bunu AMEA Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov “Nar bitkisi və məhsullarının multidissiplinar problemləri” mövzusunda respublika elmi-praktiki konfransında deyib.

Alim bildirib ki, bu muzeydə canlı kolleksiyalarla yanaşı, narla bağlı bütün mövcud olan maddi-mədəniyyət nümunələri nümayiş etdirilə bilər. Bu canlı muzey nara aid bütün nailiyyətlərin sərgisi olmaqla yanaşı, onun təbliği, gənc tədqiqatçılar, həvəskar bağbanlar və fermerlər üçün təlim, yerli və xarici qonaqlar, turistlər üçün aqroturizm və istirahət mərkəzi kimi də fəaliyyət göstərə bilər.

Paylaş