Tovuz rayonunda ilansancma hadisəsi baş verib.
Biosfer.az “Report”a istinadən xəbər verir ki, rayonun 1954-cü il təvəllüdlü Düz Cırdaxan kənd sakini Sadəddin Əsgərovu evinin önündə ilan sancıb.
Yaxınları tərəfindən xəstəxanaya yerləşdirilən S.Əsgərova həkimlər tərəfindən tibbi yardım göstərilib. Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Tovuzda 9 yaşlı uşaq yük maşınından yıxılaraq ağır xəsarət alıb.