Çöl donuzlarında qorxulu virus aşkarlandı

Google+ Pinterest LinkedIn Tumblr +

Bolqarıstanın Rumıniya ilə sərhədindəki Silistra bölgəsində ölü çöl donuzunda Afrika taun virusu aşkarlanıb.

Biosfer.az xəbər verir ki, bu barədə ölkənin Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, qanunvericiliyə uyğun olaraq xəstəliyin yayılmasının qarşısını almaq üçün bütün zəruri tədbirlər görülür. Eyni zamanda agentlik tərəfindən ev heyvanları yoxlanılır, ölmüş çöl və ev donuzlarından analizlər götürülərək laboratoriyaya göndərilir. (Azərtac)

Paylaş