Venesiyada tarixi mərkəz Afrikadan gələn sirokko küləyi səbəbindən təqribən 75 faiz su altında qalıb.
Biosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, 29 oktyabr tarixində yerli vaxtla təqribən 15:00-da suyun səviyyəsi dəniz səviyyəsindən 156 sm-ə çatıb.
Hazırda şəhər meri Luici Brunyaronun göstərişinə əsasən, yerli sakin və turistlərə San-Marko meydanına keçmək qadağan edilib. Bu tədbirlər bədbəxt hadisələrdən qaçmaq üçün görülüb.
Bildirilir ki, suyun səviyyəsinin 156 sm-ə çatmasından sonra hökumət Venesiyada əsas ictimai nəqliyyat növü sayılan məşhur vaporetto paroxodlarının işini dayandırıb.
Bundan əvvəl İtaliyada bütün Apennin yarımadasını əhatə edən pis hava şəraiti səbəbindən ümumilikdə ölənlərin sayı 7 nəfərə çatıb.