Bolqarıstan “Belene” AES-in inşası ilə bağlı tender elan edəcək

Google+ Pinterest LinkedIn Tumblr +

Bolqarıstan bu ilin sonunadək “Belene” Atom Elektrik Stanisyasının (AES) inşa edilməsi üçün tender elan edəcək.

Biosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Bolqarıstanın energetika naziri Temenujka Petkova deyib.

Rusiya Prezidenti Vladimir Putin 2018-ci ilin may ayının sonunda Bolqarıstanın Baş naziri Boyko Borisovla danışıqlardan sonra bildirib ki, ölkəsi “Belene” AES inşa edilməsinə bazar şərtləri üzrə yenidən qayıda bilər.

Qeyd edək ki, 2006-cı ildə Rusiyanın “Rosatom” şirkətinə daxil olan “Atomstroyeksport” şirkəti “Belene” AES-nin iki blokunun inşa edilməsi üzrə beynəlxalq tenderi qazanıb. 2009-cu ildə Boyko Borisov Bolqarıstanın Baş naziri seçildikdən sonra layihə dondurulub. Buna baxmayaraq 2010-cu ildə yeni bolqar hökumətinin tələblərinə cavab verən layihə şirkətinin yaradılması barədə memorandum imzalanıb. 2011-ci ildə “Atomstroyeksport” şirkəti 2006-2009-cu illər ərzində “Belene” AES-də layihə, lisenziyalaşdırma, köhnə tikililərin sökülməsi, avadanlıqların sifarişi və digər işlər üzrə xərclərin geri qaytarılması üçün beynəlxalq məhkəməyə müraciət edib. Məhkəmə 2016-cı ildə Bolqarıstan Milli Elektrik Şirkətinin “Atomstroyeksport” şirkətinə 601,6 milyon avro ödəməsini nəzərdə tutan qərar çıxarıb. 2016-cı ilin sonunda bütün məbləğ “Atomstroyeksport” şirkətinə ödənilib.

Paylaş