Rusiyanın Krasnodar diyarının Kuban regionunda güclü yağışlar daşqınlara səbəb olub.
Publika.az “TASS”a istinadən xəbər verir ki, daşqınlar nəticəsində 6 nəfər həlak olub, 2 nəfər itkin düşüb, təxminən 145 nəfər isə xəsarət alıb.
Bildirilir ki, xəsarət alanlardan 12-si xəstəxanaya yerləşdirilib, digərlərinə isə hadisə yerində tibbi yardım göstərilib.
Bundan əlavə, daşqınlar avtomobil və dəmir yollarına ziyan vurub.