İordaniyada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində xarici turistlər itkin düşüb.
Biosfer.az Trend-ə istinadən xəbər verir ki, bir neçə yerli sakini və turisti sel suları aparıb.
Yerli sakinlərin və turistlərin itkin düşməsi ilə əlaqədar alınan məlumat əsasında axtarış-xilasetmə əməliyyatlarına başlanılıb.
Qeyd edək ki, ötən gün İordaniyada güclü yağışlar səbəbindən körpü uçub. Məktəbliləri daşıyan avtobus hadisə nəticəsində suya aşıb və 18 əksəriyyəti uşaq olmaqla 18 nəfər həlak olub.