Külək Ərdəbili viran qoydu

Google+ Pinterest LinkedIn Tumblr +

Ötən gün İranda sürəti 130 km saata çatan güclü külək Ərdəbil vilayətinin bəzi rayonlarına ciddi ziyan vurub.

Biosfer.az Trend-ə istinadən xəbər verir ki, Meşkinşəhr rayonunda külək ağacların aşması, mənzillər və mağazaların pəncərələrinin sınması ilə nəticələnib.

Meşkinşəhrin qubernatoru Əkbər Səmədi deyib ki, güclü külək rayonun elektrik şəbəkəsinə ciddi ziyan vurub və bəzi kəndlərə elektrik enerjisinin verilməsi dayandırılıb.

Ərdəbil, Nəmin, Germi, Nir və Səreyn rayonlarında da güclü külək ağacların sınması, reklam tablolarının, bəzi avtomobillərin pəncərələrinin qırılması ilə nəticələnib.

Ərdəbil vilayətinin Hava Proqnozu Bürosu güclü küləyin cümə gününədək davam edəcəyini bildirib.

Paylaş