Kuril adası Paramuşirin şimalında yerləşən Ebeko vulkanı 4,5 kilometr hündürlüyünə tüstü püskürüb.
Biosfer.az xarici KİV-lərə istinadən xəbər verir ki, tüstü vulkandan şərq istiqamətində yayılmağa başlayıb.
Bildirilir ki, külün yerə düşməsi müşahidə olunmur, hidrogen sulfidi qoxusu hiss olunmur. Əhali üçün təhlükə yoxdur.