Qərargah: Sürüşmə zonasında ciddi dəyişiklik yoxdur

Google+ Pinterest LinkedIn Tumblr +

Badamdardakı sürüşmə zonasında gərginlik qalmaqdadır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Biosfer.az-a verilən məlumata görə, sürüşmə zonasında saat 09:00-a olan monitorinqlərin nəticəsinə əsasən, sürüşmə kütləsinin üzərində çox sayda yeni çatlar müşahidə edilir. Sürüşmə sahəsinin yuxarı hissəsində süxur qopmaları davam edir. Sürüşmə zonasında əsaslı dəyişiklik qeydə alınmayıb.

Paylaş