ABŞ-da “Maykl” qasırğası qurbanlarının sayı 36 nəfərə çatıb.
Biosfer.az CNN-ə istinadən xəbər verir ki, son insan ölümü hadisəsi Florida ştatında baş verib. Bir qadın 10 gündür ölkənin cənub-şərqində tüğyan edən qasırğanın qurbanı olub. Hakimiyyət orqanları onun ölümünün təfərrüatlarını açıqlamayıblar.
Bildirilir ki, təbii hadisə zamanı Floridada ümumilikdə 26 nəfər həlak olub. Digər 10 ölüm hadisəsi Corciya, Şimali Karolina və Virciniya ştatlarında qeydə alınıb.