Hindistanda “Titli” siklonu qurbanlarının sayı artıb.
Biosfer.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Məlumata görə, Odişa vilayətində 10 gün bundan əvvəl tüğyan edən siklon zamanı itkin düşən daha 4 nəfərin cəsədi tapılıb. Bununla da ölənlərin sayı 61 nəfərə çatıb.
Qeyd edilir ki, təbii hadisə Odişa vilayətində 57 min evin dağılmasına səbəb olub. Siklondan ən çox Hajapati, Nayaqarh, Cuttak, Keoncar və Angul bölgələri zərər çəkib.