Gürcüstanda təbii qaz ehtiyatlarının axtarışlarına başlanılıb

Google+ Pinterest LinkedIn Tumblr +

Gürcüstanda təbii qaz ehtiyatlarının axtarışlarına başlanılıb.

Biosfer.az “Report”a istinadən xəbər verir ki, bunu Gürcüstanın Neft və Qaz Korporasiyasının nümayəndəsi Temur Qoçitaşvili yerli “Maestro” kanalına bildirib.

O deyib ki, axtarış üzrə əməliyyatları “Schlumberger Rustaveli Company” şirkəti həyata keçirir:

“Təbii qaz ehtiyatları 5 min metr dərinlikdə çöküntülü süxurlarda axtarılır. Bu, Gürcüstanda ilk dəfədir həyata keçirilir”.

T.Qoçitaşvili qeyd edib ki, axtarış işləri adətən neft ehtiyatlarının aşkar olunduğu orta eosen adlanan çöküntü qatında (3500 metr) aparılır.

Paylaş