Hindistanda “Titli” fəlakəti – 57 nəfər öldü

Google+ Pinterest LinkedIn Tumblr +

Hindistanın şərq sahillərində, Orissa ştatında tüğyan edən “Titli” siklonunun və onun səbəb olduğu daşqınların qurbanlarının sayı 57 nəfərə çatıb.

Biosfer.az “Odisha Sun Times” nəşrinə istinadən xəbər verir ki, daha çox insan tələfatına Hajapati dairəsində rast gəlinib. Orada 39 nəfər dünyasını dəyişib.

Həlak olanların çoxu torpaq sürüşmələri, hasarların aşması, suda boğulmalar və ağacların qurbanı olub. Daha əvvəl 26 nəfərin siklonun qurbanı olduğu bildirilirdi.

Paylaş