İraqın Bəsrə şəhərində içməli sudan zəhərlənənlərin sayı 111 min nəfərə çatıb.
Biosfer.az xəbər verir ki, BMT-nin İnsan Haqları üzrə Ali Komissarının Bəsrədəki ofisinin direktoru Mehdi ət-Tamiminin sözlərinə görə, sudan zəhərlənmə halları məktəblilər arasında da mövcuddur.
Qeyd edək ki, ötən ay İraqda 27 minə yaxın insanın sudan zəhərləndiyi bildirilirdi. Zəhərlənməyə içməli suyun çirklənməsi səbəb olub.