Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşələrin mühafizəsinin gücləndirilməsi istiqamətində tədbirlər görməyə davam edir.
Biosfer.az xəbər verir ki, meşələrin mühafizəsinin daha da gücləndirilməsi məqsədilə nəqliyyat vasitələrinin girişinin məhdudlaşdırılması və kənar müdaxilələrin qarşısının alınması üçün Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Zaqatala, Oğuz rayonlarının meşə ərazilərinin intensiv giriş yollarına şlaqbaumlar quraşdırılıb, ağaclar əkilib.
Nazirlik bu cür tədbirlərlə meşələrə müxtəlif müdaxilələrin qarşısının alınacağını və ərazilərin daim nəzarətdə saxlanmasının mümkün olacağını bildirib.
Tədbirlər respublikanın digər meşə ərazilərində də davam etdirilir.