Tramp qasırğanın dağıtdığı ərazilərə gedəcək

Google+ Pinterest LinkedIn Tumblr +

ABŞ prezidenti Donald Tramp “Maykl” qasırğasından zərər çəkən Florida və Corciya ştatlarına səfər etmək niyyətindədir.

Biosfer.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özünün “Twitter” səhifəsində yazıb. Trampın sözlərinə görə, Vaşinqton təbii fəlakətin zərbə vurduğu hər ərazi üzərində səylə işləyir.

Son məlumata görə, ABŞ-da qasırğa qurbanlarının sayı 13 nəfərə çatıb.

Qeyd edək ki, Donald Tramp “Maykl” qasırğası ilə əlaqədar Florida ştatında fövqəladə vəziyyət elan edib.

Paylaş