ABŞ-da “Maykl” qasırğasının qurbanlarının sayı 16-ya çatıb.
Biosfer.az xarici mətbuata istinadən xəbər verir ki, Marianna şəhərinin şerifi Lu Roberts Cekson dairəsində (Florida ştatı) daha 3 nəfərin cəsədinin tapıldığını təsdiqləyib. Daha əvvəl 13 nəfərin öldüyü bildirilirdi.
Qeyd edilir ki, dağıntılar təmizləndikcə ölənlərin sayı arta bilər. Florida ştatının xilasetmə xidmətləri bildirir ki, ştatın çimərliklərindən birində daha bir neçə nəfərin meyiti aşkar edilib, lakin onların kimliyi hələ ki məlum deiyl.
ABŞ-ın şərq sahilində (Floridadan Virciniyaya qədər) azı 1,5 milyon insan elektrik enerjisiz qalıb.