Hökumət bu bölgəni “fəlakət zonası” elan edəcək

Google+ Pinterest LinkedIn Tumblr +

İspaniya hökuməti Malyorkanı (Balear adaları) azı 10 nəfərin ölümünə səbəb olan daşqınlar səbəbindən “fəlakət zonası” elan edəcək.

Biosfer.az xarici KİV-lərə istinadla xəbər verir ki, bunu hökumətin rəsmi nümayəndəsi, təhsil naziri İsabel Selaa Nazirlər Kabinetinin iclasının nəticələrinə əsasən bildirib. Onun sözlərinə görə, zərər çəkən rayonların “fəlakət zonası” elan edilməsi bütün zərərçəkənlərin fövqəladə iqtisadi tədbirlərdən yararlanmasına imkan verəcək.

Malyorka oktyabrın 9-da başlayan leysan yağışların səbəb olduğu güclü daşqınların təsirinə məruz qalıb. Təbii fəlakət nəticəsində azı 10 nəfər həlak olub, daha 3 nəfər, o cümlədən iki Almaniya vətəndaşı itkin düşüb. Ölənlərin arasında iki britaniyalı və niderlandlı turistin də olduğu bildirilir.

Daşqınlar səbəbindən ada əhalisi təhlükəsiz rayonlara təxliyə edilib. Yüzlərlə sakin sığınacaqlara yerləşdirilib, mağazalar və məktəblər bağlanıb. Selin dağıtdığı bir çox yollarda nəqliyyatın hərəkəti dayanıb.

Paylaş