Qızılağac qoruğunda insident – Ovçular polisi tüfənglə hədələdilər

Google+ Pinterest LinkedIn Tumblr +

Lənkəran rayonunda yerləşən Qızılağac qoruğunda qanunsuz ov edən Masallı rayon sakinləri 28 yaşlı Elmir Cəfərov və 31 yaşlı Maqsud Məcidov ərazidə xidmət aparan polis əməkdaşlarına tabesizlik göstərərək onlara ov tüfəngi ilə hədə-qorxu gəliblər.

Biosfer.az “Report”a istinadən xəbər verir ki, görülən tədbirlər nəticəsində həmin şəxslər saxlanılıblar.

Onlardan 2 ədəd ov tüfəngi, 50-yə yaxın patron və qanunsuz olaraq ovladıqları çöl quşları aşkarlanıb.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Paylaş