Türkiyənin qərbində 3,4 bal gücündə zəlzələ baş verib.
Biosfer.az Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri İzmir şəhərindən 189 kilometr cənub-şərqdə, ocağı isə 2 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.