Yaponiyada ağ pələng zoopark əməkdaşını parçaladı

Google+ Pinterest LinkedIn Tumblr +

Oktyabrın 8-də Yaponiyanın Kaqosima şəhərində yerləşən zooparkın əməkdaşı nadir ağ pələngin hücumu nəticəsində həyatını itirib.

Biosfer.az TASS-a istinadən xəbər verir ki, 40 yaşlı kişi boğazından dişlənmiş şəkildə heyvanlar üçün nəzərdə tutulmuş açıq havadakı sahədə aşkar edilib. Dərhal xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Zooparkda faktla bağlı müvafiq yoxlamaya başlanılıb. Heyvanlara qulluq və onlarla davranış üsulları araşdırılır.

Paylaş