Soçinin dağlarına qar yağdı

Google+ Pinterest LinkedIn Tumblr +

Soçidə Aibqa silsiləsinin dəniz səviyyəsindən 1900-2000 metr yüksəklikdə olan dağlarına qar yağıb. Bu barədə “Qorki Qorod” kurortunun mətbuat xidməti məlumat yayıb.

Biosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, dağ silsiləsində 3 min metrdən yüksək dağlara qar yağıb və tez də əriyib. Bu dəfə hətta 2 min metr hündürlükdə olan dağlarda temperatur sıfırdan aşağı olub. 2017-ci ildə Aibqada ilk qar oktyabrın 3-də, 2016-cı ildə sentyabrın 24-də yağıb. Kurort təmsilçisinin sözlərinə görə, yaxın günlərdə dağlarda nazik qar örtüyü əriyəcək, lakin sürüşmə mövsümünə az qalıb.

Paylaş