Britaniyada hava təmizləyən avtobus istifadəyə verildi – FOTO

Google+ Pinterest LinkedIn Tumblr +

Böyük Britaniyanın Sauthempton şəhərində havanı təmizləməklə məşğul olan yeni avtobus istifadəyə verilib.

Biosfer.az “Report”a istinadən xəbər verir ki, Sauthempton Krallığın ən çirklənmiş şəhəri hesab edilir.

Bu səbəbdən “Go-Ahead” nəqliyyat şirkəti bu çatışmazlığı aradan qaldırmağa qərar verib. Şirkət avtobusu çirkli havanı özünə çəkən, əvəzində isə təmiz hava buraxan xüsusi filtrlə təchiz edib.

Avtobus 10 metr hündürlüyə qədər olan məsafədəki hava kütləsini özünə çəkərək təmizləmək iqtidarındadır.

Paylaş