Yaponiyada “Gözəl qız” həyəcanı – 8 nəfər xəsarət aldı

Google+ Pinterest LinkedIn Tumblr +

Yaponiyanın cənubunda və cənub-qərbində tüğyan edən “Konq-rey” qasırğası zamanı azı 8 nəfər xəsarət alıb.

Biosfer.az xəbər verir ki, təbii hadisə zamanı Okinava və Kaqosima prefekturasının 30 mindən çox sakini elektrik enerjisindən məhrum olub. Yerli dildə “Gözəl qız” tərcüməsini verən “Konq rey” qasırğası hazırda Honsü adası istiqamətində hərəkət edir.

TASS isə xəbər verib ki, küləyin sürəti saatda 60 kilometrə çatır.

Qeyd edək ki, Yaponiyada həmçinin 5,3 bal gücündə zəlzələ olub. Təbii hadisə zamanı 1 nəfər xəsarət alıb.

Paylaş