Tərtərdə 142 hektardan çox sahədə payızlıq bitkilər səpildi

Google+ Pinterest LinkedIn Tumblr +

Tərtər rayonunun təsərrüfatlarında payız-tarla işləri davam etdirilir. Rayonun taxılçıları gələn ilin məhsulunun əsasını qoyurlar.

Biosfer.az AZƏRTAC-a istinadən xəbər verir ki, rayon üzrə 4748 hektar sahədə payızlıq şum qaldırılıb. 142,7 hektar sahədə payızlıq bitkilər, o cümlədən 38 hektarda dən üçün arpa, 54 hektarda yaşıl yem üçün xəsil arpa və 50,7 hektarda təzə yonca səpilib. Bundan başqa dövriyyədə olan torpaqlardan səmərəli istifadənin nəticəsi olaraq cari ilin məhsulu üçün 259,1 hektar sahədə təkrar əkin aparılıb. Təkrar əkinlərin 41,2 hektarı dən üçün qarğıdalı, 116 hektarı yem üçün sorqo, 72,4 hektarı tərəvəz bitkiləri, 13 hektarı darı, 2 hektar kartof, 1,5 hektar lobya, 13 hektarı günəbaxandır.

Paylaş