Kanada İndoneziyada zərər çəkənlərə 1,5 milyon dollar ayırdı

Google+ Pinterest LinkedIn Tumblr +

Kanada İndoneziyada zəlzələ və sunami nəticəsində zərər çəkən insanlara yardım göstərən humanitar təşkilatlara 1,5 milyon dollar ayıracaq.

Biosfer.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Kanada hakimiyyətinin saytında bildirilir.

Kanadanın beynəlxalq inkişaf naziri Mari-Klod Bibo öz növbəsində bildirib: “Bu yardım birbaşa yardıma ən çox ehtiyacı olan yerlərdə işləyən etibarlı humanitar tərəfdaşlara təqdim olunacaq”.

Xatırladaq ki, snetyabrın 28-də səhər saatlarında İndoneziyanın Sulavesi adasının sahillərində Palu şəhəri yaxınlığında 6,1 bal gücündə zəlzələ olub. Daha sonra həmin ərazidə 7,4 gücündə zəlzələ və afterşoklar olub. Palu şəhərinin üzərinə 2 metr hündürlüyündə sunami gəlib. Hadisə nəticəsindəə 1234 nəfər həlak olub, 60 mindən çox insan evsiz qalıb.

Paylaş