Yer üzündəki cənnət – Şri Lankaya “virtual səyahət”

Google+ Pinterest LinkedIn Tumblr +

Adrenalin, təbiət, yağış həvəskarları üçün Sri Lanka doğru ünvan ola bilər. Səyahətə çıxanlar mütləq bu ölkəyə baş çəkməlidir. “Skylife” dərgisi köhnə adı Seylon olan çayın 3-cü vətənindən (Hindistan və Çindən sonra) maraqlı fotoreportaj hazırlayıb.

Biosfer.az da fürsəti qaçırmayaraq sizi Asiyanın ən ekzotik ölkələrindən olan Şri Lankaya “virtual səyahət”ə aparır.

Cənubi Asiyada, Hindistanın 31 km cənubunda yerləşən Şri Lanka adasında 21 milyon əhali yaşayır.

Okean, dağlar, yamyaşıl tropik meşələr, antik şəhərlər, dupduru suyu olan çimərliklər, vəhşi heyvanların mühafizə olunması və daha nələr Şri Lankanı xarakterizə edən ozəlliklərdir.

Şri Lankanın müqayisəolunmaz gözəlliyini təsvir etmək çətindir. Özünəməxsus yaşıllıqları, möhtəşəm mənzərələri var. Təsadüfi deyil ki, məşhur italyan səyyahı Marko Polo Şri Lankanı dünyanın ən gözəl yeri adlandırıb.

1000 il əvvəl ərəb tacirlər Şri Lankadan bəhs edərkən oranı “yer üzündəki cənnət” adlandırmışdı.

Kolombo ölkənin ən böyük şəhəridir. Amma bildiyimiz böyük, hərəkətli, kütlənin qaynaşdığı meqapolislərdən deyil.  Bir az sakit şəhərdir.

Bir tərəfdə velosipedlər, bir tərəfdə tuk-tuk adlanan üçtəkərli arabalar, digər tərəfdə isə göydələnlər…

Ticarətin inkişaf etdiyi Kolomboda görə biləcəyiniz ən yaxşı iş alış-verişdir.

Paylaş