Sulavesi adasında 170-dən artıq afterşok qeydə alındı

Google+ Pinterest LinkedIn Tumblr +

İndoneziyanın Sulavesi adasında 28 sentyabr baş vermiş 7,4 bal gücülü zəlzələdən sonra 170-dən artıq afterşok qeydə alınıb.

Biosfer.az xəbər verir ki, təkrar yeraltı təkanlar müxtəlif güclərdə qeydə alınıb. Bir neçə rayonla, o cümlədən 300 min insanın yaşadığı və zəlzələnin epistrinin yerləşdiyi Dunqala rayonu ilə əlaqə kəsilib.

Xatırladaq ki, sentyabrın 28-i Sulavesi adasında 6.1 bal gücündə zəlzələ baş verib. Bunun ardınca bir neçə afterşok qeydə alınıb, ən güclüsü 7.4 bal gücündə olub. Daha sonra Palu şəhərində 2 metr hündürlüyü olan sunami baş verib.

Paylaş