İndoneziyada zəlzələ və sunami: azı 30 ölü

Google+ Pinterest LinkedIn Tumblr +

İndoneziyanın Sulavesi adasında baş vermiş silsilə zəlzələlər və sunami nəticəsində azı 30 nəfər həlak olub, xəsarət alanlar var.

Biosfer.az xəbər verir ki, yaralıların və həlak olanların yerləşdirildiyi yerli xəstəxanalardan birinin həkimi bu barədə məlumat verib. Lakin yerli hakimiyyət orqanları hələlik həlak olanların sayını açıqlamır.

Xatırladaq ki, sentyabrın 28-də səhər saatlarında Sulavesi adası sahillərində, Palu şəhəri yaxınlığında baş verən zəlzələ nəticəsində bir nəfər həlak olub, 10 nəfər xəsarət alıb. Bundan bir qədər sonra həmin rayonda 7,4 bal gücündə daha bir zəlzələ qeydə alınıb. Yerli KİV-lərin yaydığı məlumata görə, bundan sonra Palu şəhərinə 3 metr hündürlüyündə sunami dalğaları çatıb. Hakimiyyət orqanları Mərkəzi Sulavesi əyalətinin paytaxtındakı aeroportu şənbə günü axşamadək bağlamaq barədə qərar qəbul ediblər.

Paylaş