Oğuzda körpəni it dişlədi

Google+ Pinterest LinkedIn Tumblr +

Oğuz rayonunda üç yaşlı uşağı it dişləyib.

Biosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Astraxanovka kəndində qeydə alınıb.

Belə ki, bu gün səhər saatlarında kənd sakini, 2015-ci il təvəllüdlü Bəxtiyar Orxan oğlu Mustafayev it dişləməsi xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Xəstəxanadan “Report”a bildirilib ki, it B.Mustafayevin üst dodağını dişləyib. Onun dodağına iki tikiş qoyulub. Körpəyə digər lazımi tibbi yardımlar göstərildikdən sonra quduzluq əleyhinə peyvənd vurularaq ambulator müalicə almaq şərtilə evə buraxılıb.

Paylaş