Yaponiyada aviareyslər ləğv edildi

Google+ Pinterest LinkedIn Tumblr +

Yaponiyada “Trami” tayfununa görə 200-ə yaxın daxili aviareys ləğv edilib.

Biosfer.az xarici mətbuata istinadən xəbər verir ki, ölkənin cənubunu digər hissələrlə bağlayan 198 avireys ləğv olunub.

Qeyd olunur ki, “Trami” qasırğası Sakit okeanda Yaponiyanın cənubi Okinava prefekturasına tərəf hərəkət edir. Gözlənilir ki, tayfun Yaponiyaya sentyabrın 29-a çatacaq.

Paylaş