Bakıda 50 manata diri ilan satılır – FOTO

Google+ Pinterest LinkedIn Tumblr +

Bakıdakı internet səhifələrinin birində qeyri-adi satış elanı nəzərə çarpıb.

Biosfer.az ölkə.az-a istinadən xəbər verir ki, bu barədə internetdə ilan satışı elanı verilib.

Elanda qeyd edilir ki, Bakı şəhərində 50 manata satılan su ilanı insan üçün təhlükəli deyil. Elanın ən maraqlı tərəfi isə ilanın müştərilərə əldə oynadılması üçün təklif olunmasıdır.

Satıcı verdiyi elanda qeyd edir ki, su ilanı əldə oynadılmaq üçün yaxşıdır:

“İlanı gözəllik üçün restoran, kafe və digər yerlərə də yerləşdirmək olar”.

Paylaş