Hindistanda leysan yağışı nəticəsində 45 nəfər itkin düşüb

Google+ Pinterest LinkedIn Tumblr +

Hindistanın şimalında yağan leysan yağışı nəticəsində azı 45 nəfər itkin düşüb.

Biosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, insanlar əsasən Himaçal Paradeş ştatının Lahul və Spiti rayonlarında yoxa çıxıblar. İtkin düşənlər arasında Rurki şəhər Texnologiya İnstitutunun 35 tələbəsi də var.

Qeyd edək ki, Hindistanda iyun ayından sentyabr ayının ortalarına qədər musson yağışlar mövsümü davam edir. Rəsmi statistikaya görə, bu il ölkədə leysan yağışı artıq mindən çox adamın ölümünə səbəb olub.

Paylaş