Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Quba rayonunda növbəti reyd keçiriblər.
Nazirliyin mətbuat xidmətindən Biosfer.az-a bildiriblər ki, reyd zamanı rayonun Vladimirovka kəndi ərazisində fəaliyyət göstərən ağac emalı sexində 2,35 kubmetr həcmində müxtəlifcinsli girdə içlik material və meşə materialından hazırlanmış 3000 yeşik aşkarlanıb.
Faktla bağlı sexin sahibi Fətulla Fətullayev barəsində akt tərtib olunub və ona 1903,18 manat məbləğində ziyan tətbiq edilib.