Filippində torpaq sürüşməsi: ölənlərin sayı artdı – FOTO

Google+ Pinterest LinkedIn Tumblr +

Filippinin Cebu əyalətində güclü yağışlar nəticəsində torpaq sürüşməsi baş verib.

Trend-in məlumatına görə, torpaq sürüşməsi nəticəsində 29 nəfər həlak olub, 7 nəfər isə xəsarət alıb.

Yerli polisin rəhbəri Roderik Qonsales bildirib ki, axtarış-xilasetmə işləri davam etdirilir, çünki dağıntılar altında hələ də insanlar qala bilər.

Qeyd edək ki, daha 64 nəfərin itkin düşdüyü bildirilirdi.

Paylaş