“Manqxut” tufanı nəticəsində həlak olanların sayı 81-ə çatıb

Google+ Pinterest LinkedIn Tumblr +

Filippində “Manqxut” tufanı nəticəsində həlak olanların sayı 81-ə çatıb.

Biosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ən çox həlak olanlar Kordilyer inzibati regionunda qeydə alınıb.

Polisin məlumatına əsasən, hazırda 55 nəfər itkin düşmüş hesab edilir ki, bunlardan da 52-si ən çox zərər dəymiş Kordilyer inzibati regionundadır. Bununla yanaşı, 74 nəfərin xəsarət aldığı bildirilir.

Xatırladaq ki, sentyabrın 14-də axşam saatlarında Filippinin şimal-şərqində güclü “Manqxut” tufanı olub. Hakimiyyət orqanlarının məlumatına görə, regionda yaşayan 800 mindən çox insan təbii fəlakətdən zərər çəkib.

Paylaş