ABŞ-da qasırğa nəticəsində 34 nəfər həlak oldu

Google+ Pinterest LinkedIn Tumblr +

ABŞ-da “Florens” qasırğası zamanı ölənlərin sayı 34 nəfərə çatıb.

Biosfer.az xəbərr verir ki, təbii hadisə zamanı ən çox insan ölümü Şimali Karolinada qeydə alınıb. Burada 26 nəfər qasırğanın qurbanı olub.

“Florens” qasırğası artıq bir neçə gündür ABŞ-ın şərq sahillərində tüğyan edir. Ölkənin milyondan çox sakini elektrik enerjisindən məhrum olub. Təbii hadisənin zərər vurduğu on minlərlə insan daşqınlar və tufan səbəbindən evlərinə qayıda bilməyiblər.

Təbii hadisədən zərər çəkənlərə yardım edilməsində xilasedicilərin gücü tam çatmadığından prosesə könüllülər də qoşulub.

Paylaş