Sakit okeanın Fici respublikası sahillərində 6,5 maqnituda gücündə zəlzələ baş verib.
Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.
Bildirilir ki, təbii fəlakətin ocağı ölkənin paytaxtı Suvadan 810 km məsafədə və 570 km dərinlikdə yerləşib.
Zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.